Gürcüstanda azərbaycanlılardan saxta pullar götürüldü

Gürcüstanda azərbaycanlılardan saxta pullar götürüldü
11:41 10 Yanvar 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan polisi böyük miqdarda saxta dollar alveri ilə məşğul olan qrup aşkarlayıb.

ANS PRESS-in "Novosti Qruziya" agentliyinə istinadla verdiyi məlumata görə, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən Q.Ruslan və K.Elvin adlı şəxsin evlərinə baxış zamanı hər birindən 50 ədəd olmaqla saxta 100 dollar götürülüb. Saxlanılan şəxslər saxta valyutanı Gürcüstanda və Ukraynada satmağı düşündüklərini bildiriblər.

Keçirilmiş ekspertiza nəticəsində təyin edilib ki, götürülmüş əskinazlar rəngli kseroks aparatında çap olunub.

Gürcüstanın Cinayət Məclisinin 212 maddəsinin 1-ci bəndi (saxta pulun və qiymətli kağızların qanunsuz istehsalı və satışı üzrə) ilə cinayət işi açılıb, istintaq aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR