Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təxribata cəhd edən Ermənistan ordusunun iki hərbçisi yaralanıb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, yaralanan Ermənistan ordusunun baş leytenantı Y. Musinyan və müqaviləli hərbi qulluqçu D. Vanyan dərhal hərbi hospitala aparılıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu Qarabağda itki verib. Dünən saat 13:20 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər 1998-ci il təvəllüdlü Vaçe Nver Çilinqaryan məhv edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.