Bakı. 10 yanvar. REPORT.AZ/ Danimarka paytaxtı Kopenhagen şəhərində ABŞ səfirliyinin binası yaxınlığında şübhəli paket tapılıb.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı həyəcan siqnalı çalınıb və səfirliyin ətrafında təhlükəsizlik tədbriləri gücləndirilib.
Partlayıcının zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Polis şübhəli paketin partlayıcı olub-olmaması barədə məlumat verməyib.
Danimarkadakı ABŞ səfirliyinin binası yaxınlığında şübhəli paket tapılıb
Danimarkadakı ABŞ səfirliyinin binası yaxınlığında şübhəli paket tapılıb