İŞİD terror qruplaşması ilə əlaqəli olan 60 nəfərə yaxın Kanada vətəndaşı Yaxın Şərqdən ölkəyə qayıdıb və hazırda xüsusi xidmət orqanlarının nəzarəti altındadırlar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kanadanın baş naziri Castin Tryudo Hamilton (Ontario əyaləti) şəhər meriyasında çıxışı zamanı bildirib.
"2015-ci ildən İŞİD terror qruplaşması ilə əlaqəli olan 60-a yaxın Kanada vətəndaşı vətəninə qayıdıb və bizim kəşfiyyat xidmətlərimiz onları daim izləyir. Biz kanadalıların və bizim cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq və bu məsələdə heç vaxt kompromisə getmərik", - baş nazir bildirib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin