"Vilyarreal"ın futbolçusu Sedrik Bakambu Çinin "Beytzin Qoan" klubuna keçməyə çox yaxındı.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Bakambu artıq tibbi baxışdan keçmək üçün Çin klubunun düşərgəsinə yollanıb. "Beytzin Qoan" 26 yaşlı konqolu futbolçuya görə, "Vilayrreal"a 40 milyon avro ödəyəcək.

Çində legionerlərə görə ödənilən vergini də nəzərə alsaq, Bakambu yeni klubuna 70 milyon avroya başa gələcək. Bu da onu futbol tarixində Afrikanın ən bahalı futbolçusu statusuna yüksəldir.

Hazırda ən bahalı afrikalı futbolçu statusunda qvineyalı Nabi Keytadı. "Liverpul" onu almaq üçün "Leyptsiq"ə 56 milyon avro ödəyib.

Məlumata görə, Bakambunun Çində illik məvacibi 18 milyon avro olacaq. O, cari mövsümdə İspaniya çempionatında keçirdiyi 15 oyunda 9 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində