"Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardo Kuarejma klubdan ayrıla bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində adı açıqlanmayan Çin klublarından biri maraqlıdı. Çinlilər 34 yaşlı futbolçu üçün 15 milyon avro ödəməyə hazırdı. Kuarejmanın özünə isə illik 7 milyon avro təklif edilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xəbərdə "Beşiktaş"ın portuqaliyalı yarımmüdafiəçini göndərməyin əleyhinə olmadığı, Kuarejmanın isə İstanbul təmsilçisindən ayrılmağı düşünmədiyi qeyd edilib.

Kuarejmanın "Beşiktaş"la müqavilə müddəti 2020-ci ildə başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində