Avqusta kimi müharibə olmayacaq: ÜÇ SƏBƏB - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
110 baxış·5 dəq oxu
Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət
çevrilişi cəhdi de-şifrə edilib.Türkiyə və Rusiya xarici
İşlər nazirləri arasında telefon danışı baş tutub.Donald
Tramp “altılıq” qrupunun Tehranla bağladığı nüvə sazişinin
şərtlərinə daha 120 gün riayət etmək niyyətindədir.ABŞ
tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq
edəcək.ABŞ prezidenti ölkəsinə daxil olan qaçqınlar
barədə təhqiredici ifadələr işlədib.
Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət
çevrilişi cəhdi de-şifrə edilib. Bu barədə “Yeni
Şəfəq” qəzeti yazıb.
Xəbərə görə, FETÖ-nün ikinci çevriliş planı 2017-ci ilin son
günlərində İranda baş verən etiraz aksiyaları ilə eyni vaxtda
başlanacaqdı.
Türkiyə ordusunda çevrilişə GİZLİ HAZIRLIQ: İranla eyni gündə...
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə
rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışı baş
tutub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki
mənbə məlumat verib.
Telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu
bildirilib. Tərəflər arasında aparılan müzakirənin detalları haqda
məlumat verilməyib.
Türkiyənin Xarici İşlər Nazirliyi ölkə
vətəndaşlarına ABŞ-a səfərlərdən imtina etməyi məsləhət
görüb. Bu haqda xarici siyasət idarəsinin bəyanatında
deyilir.
Nazirlikdən qeyd ediblər ki, tövsiyə ABŞ-da Türkiyə
vətəndaşlarının qanunsuz həbsləri və terror aktlarının yüksək riski
ilə bağlıdır.
“ABŞ-da terrorizmlə bağlı hadisələr və zorakı hərəkətlərin
sayının artması müşahidə olunur”, - bəyanatda qeyd edilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti ölkə
vətəndaşlarına yüksək terror təhlükəsi və bu ölkədə ABŞ
vətəndaşlarının qanunsuz həbslərinə Türkiyəyə səfər etməməyi
məsləhət görüb.
ABŞ Prezidenti Donald Tramp daha 120 gün “altılıq”
qrupunun Tehranla bağladığı nüvə sazişinin şərtlərinə riayət etmək
niyyətindədir. Bu haqda öz mənbələrinə istinadən
“Bloomberg” agentliyi bildirib.
Xəbərə görə, qərar milli təhlükəsizlik məsələləri üzrə
prezidentin məsləhətçisi Herbert Makmaster, müdafiə naziri Ceyms
Mettis və dövlət katibi Reks Tillerson da daxil olmaqla, milli
təhlükəsizlik üzrə bütün komanda ilə müzakirələrdən sonra qəbul
edilib.
ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni
sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə
naziri Stiven Mnuçin bildirib.
“Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə
elan ediləcək”, - Mnuçin deyib.
Eyni zamanda Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə,
ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın
məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır.
Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə
300-ə qədər ola bilər.
Nəşrin məlumatına görə, “qara siyahı”ya düşmə sanksiyalarA
avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.
Qeyd edək ki, “Kreml hesabatı” adlandırılan sənədin yanvarın
29-da açıqlanacağı bildirilir.
Rusiya ABŞ-ın hazırladığı “Kreml hesabatı”
sanksiyalarını cavabsız qoymayacaq. Bunu
jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov söyləyib.
“Sanksiya fəaliyyətləri hər zaman əks tədbirlərlə üz-üzə qalır.
Bu halda da biz prinsipimizdən əl çəkməyəcəyik”, - deyə o
bildirib.
Qeyd edək ki, bundan öncə “Kreml hesabatı”na Rusiya Prezidenti
Vladimir Putinə yaxın olan 50 məmur və sahibkarın adının salınacağı
haqqında informasiya yayılıb.
Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi,
politoloq Sergey Sudakov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının
mümkün nəticələrindən danışıb. “Russia Today”
telekanalına açıqlama verən politoloqun sözlərinə görə, sanksiyalar
Rusiyaya təsir alətlərdən yalnız biridir.
“Bu, Rusiya ilə sürətli müharibə deməkdir” - XƏBƏRDARLIQ
“İyrənc yerlərdən gələn insanlar bizim nəyimizə
lazımdır? ABŞ Norveç kimi ölkələrdən miqrantları qəbul
etməlidir”. Bunu ABŞ Prezidenti Donald Tramp Haiti,
Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında
razılaşmanı müzakirə etmək üçün Ağ Evdə konqresmenlərlə görüşündə
deyib.
Ağ Ev də öz növbəsində Trampın bu açıqamasını inkar etməyib:
"Vaşinqtonda bəzi siyasətçilər başqa ölkələrin maraqları üçün
mübarizə aparmağa üstünlük verirlər, amma Prezident Tramp həmişə
Amerika xalqının maraqları üçün mübarizə aparacaq".
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti
Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə
kəskin reaksiya verib.
BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin
nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini “şokedici və
utancverici” adlandırıb.
Polşa hökuməti Avropa İttifaqından çıxmaqla bağlı
referendum keçirəcək. Avropa İttifaqı Şurasının sədri
Donald Tusk bildirib ki, Polşa Aİ-nin maliyyə dəstəyindən asılı
olaraq təşkilatdakı üzvlüyünü davam etdirir: “Hazırda Polşa Avropa
İttifaqından maliyyə yardımı alır. Bu səbəbdən də, düşünürəm ki,
əgər Aİ maliyyə yardımını kəsərsə, Polşa hökuməti təşkilatı tərk
etməklə bağlı vətəndaşlarının mövqeyini dəstəkləyəcək”.
Xatırladaq ki, 2 ilə yaxın müddətdir Varşavada keçiriləm məhkəmə
islahatları Aİ tərəfindən kəskin tənqid edilir. Təşkilat hesab edir
ki, bu islahatlar çərçivəsində qəbul olunan 13 qanun ədalətli hüquq
prinsiplərinə ziddir.
“Koreya Xalq Demokratik Respublikası həttta yüzillik
sanksiyalara dözə bilər”. Bunu Koreya Xalq Demokratik
Respublikası (KXDR) lideri Kim Çen In Dövlət Elmlər Akademiyasının
alimləri qarşısında çıxışında deyib.
“Ağır sınaqlar şəraitində Koreya inqilabının qələbəsinin
sirlərindən biri də bizim elm və texnikanın inkişafına mühüm diqqət
ayırmağımızdır. Sərbəst milli iqtisadiyyat hətta düşmənlərin
yüzillik sanksiyaları qəbul edəcəyi halda belə, elmi-texniki
kadrlar və işıqlı başların sayəsində çətinliklər yaranmayacaq”, -
dövlət başçısı bildirib.
“2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə
də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım
deyil”. Bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi,
“Ukrayna Avropada” beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir
Poselskiy “Apostrof” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq.
Poselskiy bunun səbəblərini açıqlayıb.
Putinin işğal edilən ərazilərlərlə bağlı 6 İLLİK PLANI ORTAYA ÇIXDI: Kreml çalışacaq ki...