Məşhur prodüser vəfat etdi

Britaniyalı quruluşçu rəssam, ikiqat "Oskar" mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib.

Metbuat.az xəbər verir ki, onun uzun illər xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir.

T.Marş "Şouşenqdən qaçış", "Qırmızı oktyabrın ovu" və "Yaşıl mil" filmlərin art-direktoru olub. "Doktor Jivaqo"(1965) və "Oliver"(1968) filmlərdəki işinə görə rəssam iki "Oskar" mükafatına layiq görülüb.

T.Marş karyerasına 2001-ci ildə son qoyub. Onun son filmi "Pik saatı-2" filmi olub.

İlqarədən heç kimin gözləmədiyi sürpriz - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR