Lənkəranda qadın və qızı döyüldü

Lənkəranda qadın və qızı döyüldü
18:48 13 Yanvar 2018
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

Publika.az xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/227615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR