Atası Xəlil Rzanı təhqir edən Kəramətin əvəzinə üzr istədi

Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürk haqqında tənqidi status yazan gənc yazar Kəramət Böyükçölün bu addımı cəmiyyət tərəfindən güclü etirazla qarşılanıb.

Metbuat.az-ın məlumatına görə, K.Böyükçöl yazıb ki, Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asıb, onun səsi adamın başına düşür:

Bu mövzuyla bağlı APA Tv-nin “İlham Tumasla 40 dəqiqə” proqramında qonaqlarla bərabər, Kəramət Böyükçöl və atası yazar Qəşəm Nəcəfzadə də dəvət olunub. Q.Nəcəfzadə oğlu K.Böyükçölün fikirlərilə öz fikirlərinin zaman-zaman üst-üstə düşmədiyini, oğlunun yerinə Xəlil Rza Ulutürkün ruhundan üzr istədiyini bildirib.

K.Böyükçölün statusu:
"Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onu barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi doğru deyil. Hər halda mübarizəsi var idisə də, istedadsızlığından irəli gəlirdi. Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin harada idi? Xəlil Rza anlamırdı ki, KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurur. Gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bununla da KQB-yə xidmət etmiş olurdu. Harda gördün erməni vur başına gülləni, hava yaman soyuqdur, ermənilər toyuqdur və s. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam iki xalqı vuruşduran üçüncü imperialist bir ölkənin olduğunu görmürdü. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxıldı. Və təəssüf ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu.”


“Mən istədiyim adamın işini əlindən ala bilərəm”Azərbaycanlı aparıcı ilə QALMAQALLI MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR