Müğənni Vasif Məhərrəmli “Evdəkilərə salam” verilişinin qonağı olub.
Metbuat.az-ın məlumatına görə, sənətçi proqram heyətini Qazaxda yerləşən ata ocağına dəvət edib. Müğənni həmin evi özü-tikib düzəltdiyni söyləyib:
“Kənddə bu şəraiti yaratmaq gözəldir. Evi kənd havasından çıxartdım. Mən hisin-pasın içində yatmağı sevmirəm. Ona görə hər şeyi rahat düzəltmişəm. Çox üşüyən adamam. Əvvəl Qazaxa gələndə gedib oteldə qalırdım. Sonra düşündüm ki, beşulduzlu otel şəraitini evimdə yaratdım və etdim”.