Sevilən Türkiyəli aktrisa Fahriye Evcen dünya şöhrətli müğənni Cennifer Lopezlə eyni reklama çəkiləcək.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ötən il də kosmetika firmalarından birinin üzü olan aktrisa bu dəfə həmin brendin reklamında Cey Lo ilə tərəf-müqabili olacaq. Cenniferin 3 fərqli ölkədən olan reklam siması ilə kamera qarşısına keçməyə razılığından sonra kampaniya çəkilişlərə başlamaq qərarına gəlib. Türkiyədən olan namizəd isə F.Evcendir.

Xatırladaq ki, Fahriye Evcen 2016-cı ildə markanın reklamından 1 milyon 200 min lirə (təxminən 600 min manat) pul qazanmışdı.

“Mən istədiyim adamın işini əlindən ala bilərəm” - Azərbaycanlı aparıcı ilə QALMAQALLI MÜSAHİBƏ - Oxumaq üçün tıkla