Qazaxıstan prezidenti Nursultan Nazarbayev Amerika Birləşmiş Ştatlarına rəsmi səfər edib.

Metbuat.az-ın məlumatına görə, prezidentin mətbuat xidmətinin məlumatında bildirilir ki, o, ABŞ prezidenti Donald Trampın dəvəti ilə yanvarın 16-18-da Amerikada səfərdə olacaq. Rəsmi səfər çərçivəsində Nazarbayev amerikalı həmkarı, rəsmi və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Nursultan Nazarbayev BMT Təhlükəsizlik Şurasının iclasında da iştirak edəcək.

Səfərdən əvvəl Qazaxıstan prezidentinin mətbuat xidməti Nazarbayevin 1992-ci il mayın 18-20-də ABŞ-a ilk səfərinin videosunu paylaşıb. Həmin səfər zamanı Nazarbayev Corc Buşla (Ata Buş) görüşüb və bir sıra müqavilələr imzalayıb.


Günay Elşadqızı / METBUAT.AZ