"Gürcüstan istiqamətində sərnişin daşınması işi asanlaşacaq"

“Bu yolun yenidən qurulması Gürcüstan istiqamətində sərnişin daşınması işini asanlaşdıracaq”.

Bunu M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmiri ilə bağlı Metbuat.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, bu yol Prezidentin Sərəncamına uyğun olaraq yenidən qurulub:

“Yol Zaqatala-Balakən rayonlarında yerləşən 16 yaşayış məntəqəsini birləşdirəcək. Magistral yoldan əhali, eləcə də Gürcüstan Respublikasından gələn qonaqlarımız istifadə edə biləcəklər. Ümumilikdə, yolun yenidən qurulması Gürcüstan istiqamətində sərnişin daşınması işini asanlaşdıracaq. Bu da turizmin inkişafına gətirib çıxaracaq”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 40 km, eni 13 metr olan yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 1 körpüdə bu işlər yekunlaşıb, 1-də isə yekunlaşmaq üzrədir. Əsaslı şəkldə təmir olunmuş körpü Zaqatala şəhərində, Tala çayı üzərində yerləşir. Təmiri yekunlaşmaq üzrə olan 12 metr uzunluğa malik körpü isə Balakən rayonu ərazisindən keçən Humbul çayı üzərində yerləşir. Anoloji bərpa və henişləndirmə işləri burda da aparılır. Burada körpünün eni 9 m-dən 11 m-ə çatdırılıb. Sözügedən körpüdə işlər yekunlaşan kimi Mazımçay, Katexçay və Balakənçay üzərində yerləşən körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.

Xəyalə Məmmədova / METBUAT.AZ

Ölkə ərazisində qar yağacaq - Sabaha olan hava – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR