KİV: “Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırdır

KİV: “Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırdır
18:02 16 Yanvar 2018
119 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres futbolçu Kriştianu Ronaldunu satmağa hazırdır.
“Report” “Record”a istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə təkliflər gözlədiyini və onun müştərisini satmağa hazır olduğunu bildirib. Bir müddət əvvəl AS nəşri 33 yaşlı hücumçunun da “Real Madrid”i tərk etmək istədiyini yazıb. Təcrübəli forvard Peresin onun məvacibi artırmamasından narazıdır. Portuqaliyalının xidmətində Fransanın PSJ klubunun maraqlı olduğu bildirilir.
“Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 19 xal geri qalır. Ronaldu ölkə çempionatında iştirak etdiyi 14 matçda 4 qol vurub.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-real-madrid-in-prezidenti-kristianu-ronaldunu-satmaga-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR