Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir. NATO-nun şərq cəbhəsinin gücləndirilməsi davam edəcək. London KXDR-i “atom əsri”nin başlanğıcından bu yana ən ciddi təhlükə adlandırıb.

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

İşğal olunmuş Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin əsgəri Arutün Xaçaturyan ağır yaralanıb. 1998-ci il təvəllüdlü erməni əsgər yanvarın 16-da gecə saat 01:15 radələrində postda olarkən yaralanıb.

Xaçaturyanın qeyri-müəyyən şəraitdə yaralandığı deyilir. Ermənistan mediasının məlumatına görə, gecə saatlarında baş verən bu hadisədən sonra təşvişə düşən digər əsgərlər növbəyə çıxmaqdan imtina edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. Türkiyənin “Sabah” nəşr xəbər verir ki, Türkiyənin təlim verdiyi Azad Suriya Ordusunun 20 minlik hərbi gücə Afrin əməliyyatı üçün “hazır olun!” təlimatı verilib.

Ermənilər TƏŞVİŞDƏ, düşmən bir HƏFTƏYƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İlk zərbə ilə düşmənin həyat damarları kəsiləcək – ƏMƏLİYYAT PLANI