Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb

Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
21:02 16 Yanvar 2018
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriya müxalifətinin müzakirələrdəki təmsilçisi Nair Hariri bildirib.
O, ABŞ-ın Suriyada terrorçu PKK qruplaşması üzvlərindən ibarət “sərhəd təhlükəsizlik qüvvəsi” yaratmasına münasibət bildirib: “ABŞ-ın terrorçu YPG və PYD-nin yaratdığı "Suriya Demokratik Gücləri"ndən ibarət 30 minlik qoşun yaratması Suriyanın dövlət olaraq bölünməsinə yol açacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriya-meselesi-uzre-muzakirelerin-novbeti-merhelesinin-tarixi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR