TIR-la VAZ toqquşdu, ölən var

TIR-la VAZ toqquşdu, ölən var
22:34 16 Yanvar 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Xudat sakini ağır xəsarət alıb.

 

Bunlar 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğludur. Onlar Xudat şəhər Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, sonra onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq,  Anar Qəmrayevin həyatını xilas etmək mümkün olmayıb. 

 

Faktla bağlı araşdırma davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR