Aparıcı həmkarı haqda dediyi sözlərə görə 17 min təzminat verəcək

Türkiyənin aparıcı-müğənnisi Seren Serengil həmkarı Özlem Yıldız haqqında səsləndirdiyi fikirlərinə görə məhkəməyə verilib.


Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Seren həmkarı Özlemi təhqir edib. Belə ki, Özlem haqqında “Sənin hərəkətlərin normal deyil”, “Pul üçün ərə gedib”, “Uşaqlarını evdə qoyub gecə klublarında əylənib”, “Şəxsiyyətsiz biridir” sözlərinə görə məhkəmə tərəfindən cərimələnib. Özlemin açdığı prosesin yekununa əsasən, Seren ona 17 min lirə (təxminən 8 min 500 manat) pul ödəyəcək.

Serengil sözlərində təhqirə yol vermədiyini iddia etsə də, hakim onu günahkar bilirb və Yıldızın xeyrinə qərar çıxarıb.

Efir zamanı qarmon ifaçısının davranışı ŞOK ETDİ - Kamera o anı çəkdi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR