Naxçıvan idmançılarının ötən il qazandıqları medalların sayı açıqlanıb

Naxçıvan idmançılarının ötən il qazandıqları medalların sayı açıqlanıb
15:57 17 Yanvar 2018
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası idmançılarının 2017-ci ildə əldə etdikləri medalların sayı açıqlanıb.
“Report” xəbər verir ki, naxçıvanlı idmançılar Azərbaycan miqyaslı yarışlarda 129, beynəlxalq miqyaslı turnirlərdə 89 medal əldə ediblər. Onlar dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, IV İslam Həmrəyliyi Oyunlarında 1 medal olmaqla, ümumilikdə Muxtar Respublikadan kənar yarışlarda 240 medal qazanıblar. Bu nəticə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
2017-ci ildə də ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş turnirlər keçirilib. Boks, kikboksinq, güləş və digər idman növləri üzrə təşkil olunan yarışlarda 5 minə yaxın idmançı mübarizə aparıb.
Kollektiv idman növləri üzrə yarışlara isə 2 minə yaxın idmançı qatılıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/naxcivan-idmancilarinin-oten-il-qazandiqlari-medallarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR