Tramp: “ABŞ səfirliyi bu il Yerusəlimə köçürülməyəcək”

Tramp: “ABŞ səfirliyi bu il Yerusəlimə köçürülməyəcək”
02:49 18 Yanvar 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

 

İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.

 

B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.

 

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR