"Atletiko"nun azarkeşi İspaniya Kuboku matçından əvvəl bıçaqlanıb

"Atletiko"nun azarkeşi İspaniya Kuboku matçından əvvəl bıçaqlanıb
10:27 18 Yanvar 2018
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Madrid "Atletiko"sunun azarkeşi "Sevilya" ilə İspaniya Kubokunun ilk 1/4 final matçından əvvəl bıçaqlanıb.
"Report"un məlumatına görə, insident oyunun keçirildiyi "Metropolitano" stadionu yaxınlığında baş verib. 22 yaşlı azarkeş rəqib komanda fanatları ilə toqquşma zamanı kürək, əl və baldırından bıçaq yaraları alıb. Bildirilir ki, onun kürəyindəki yara dərindir və daxili orqanlarını zədələyə bilər. Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, oyun "Atletiko"nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cavab görüşü yanvarın 23-də Sevilyada olacaq.   

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/atletiko-nun-azarkesi-i-spaniya-kuboku-matcindan-evvel-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR