“Rusiya bizə kömək etmir”

ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında Rusiyanı ittiham edib.

Metbuat.az-ın məlumatına görə, Tramp bildirib ki, “Rusiya Şimali Koreya məsələsində bizə kömək etmir”. Şimali Koreyaya neft və kömür tədarükünü azaltdığını üçün Çini tərifləyən Tramp deyib ki, Pekin Pxenyanı sıxışdırmaq üçün daha çox işlər görə bilər. Onun sözlərinə görə, ancaq Çinin Pxenyana tətbiq etdiyi sanksiyanın əvəzini Rusiya ödəyir və bununla da Şimali Koreyanın beynəlxalq sanksiyalardan yayınmağına kömək edir:

“Qərbi Avropanın qaynaqları dekabrın sonlarında bildirib ki, Rusiya tankerləri son aylarda beynəlxalq sanksiyalara zidd olaraq dəniz yükləri ilə ən azı üç dəfə Şimali Koreyaya yanacaq tədarük ediblər”.

Rusiya prezidenti Vladimir Putinin de Şimali Koreya məsələsində çox şey edə biləcəyini deyən Tramp deyib: “Ancaq təəssüf ki, Rusiya ilə çox əlaqəmiz yoxdur və bəzi məsələlərdə Çinin tətbiq etdiyi sanksiyaların qarşılığını Rusiyanın tədarük etməsi məsələsi var”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR