"Aşan maşın “Azpetrol” şirkətinə aid deyil!"

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 6 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Bəzi xəbər saytlarında aşan maşının “Azpetrol”LTD şirkətinə aid olduğu göstərilib.

“Azpetrol” LTD-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov Metbuat.az-a açıqlamasında aşan maşının “Azpetrol” şirkətinə aid olmadığını, ümumiyyətlə baş verən hadisənin “Azpetrol”la heç bir əlaqəsinin olmadığını bildirib.

Bakıda təbii qazla bağlı MƏHDUDİYYƏT - Problem aradan qaldırılıb – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR