20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan xalqının azadlıq mübarizliyini sarsıtmaq idi

20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma bu baş vermədi. Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazandılar.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev bu gün DTX-nin Mədəniyyət Mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək" mövzusunda tədbirdə çıxışında bildirib.

O qeyd edib ki, həmin qanlı tarixdən illərin keçməsi o günün tarixi əhəmiyyətini və dəyərini daha dərindən dərk etdirir.

İ.Musayev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən geniş iş aparılır:

"Azərbaycan bu yöndə dövlət səviyyəsində böyük siyasi-diplomatik iradə və əzm nümayiş etdirir. Ölkənin ordu quruculuğu işləri uğurla davam etdirilir. Aprel döyüşləri də buna bariz nümunədir".

Tədbirdə Azərbaycanın müstəqillik mübarizəsinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinə həsr olunan video-film nümayiş olunub.

"Şəhid anaları" Xeyriyyə Mərkəzinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova və digər çıxış edənlər həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini bütün dünaya bəyan edib.

Tədbirdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR