Aynur Ədalət:

– Aynur xanım, haradan haraya gəldiniz?

– Toylarda idim, efirə gəldim.

– Hansısa bir maneə ilə qarşılaşdınızmı?

– Xeyr, sadəcə olaraq bir az maddiyyat tələb olunur bu işdə. Mən qazancımı öz piarıma xərcləmirdim. Lakin gördüm ki, reklamsız mümkün deyil. Məndən sonar çıxanlar qabağa gedir, mən isə yerimdə sayıram.

– Məhz buna görəmi, barmaqla göstərilənlərdən deyilsiniz?

– Demək olar ki, bəli.

– Son on ildə dəyişən nə oldu?

– İnsanlara qarşı olan güvənim, etibarım azaldı, demək olar ki, məhv oldu.

– Deyəsən, çox zərbə almısınız…

– Kifayət qədər.

– Ən böyük zərbə nə olub?

– Arxadan aldığım zərbələr.

– Tez-tez yıxılırsınız?

– Yıxılmışam, amma qalxmağı da bacarmışam.

– Nəyin yoxluğu ilə barışmırsınız?

– Şükür ki, hər şey qaydasındadır. İtirdiyim heç bir şey yoxdur.

– Ailəlisiniz?

– Ailəli olmuşam, amma boşanmışam. Bir qızım var.

– Başqa bir sənətiniz olubmu?

– Mən əslində rejissorluq və aktyorluq fakültəsini bitirmişəm.

– Bəs niyə o sahə üzrə işləmədiniz?

– Dərslərə vaxtında gedib gələ bilmirdim.

– Azərbaycanda seks-simvol kimdir?

– Mən heç kimin işinə qarışmıram, vallah.

– Kompleksiniz varmı?

– Mən kompleksiz insanam.

– Sizi “saxlamaq” istəyən olub?

– Mənə olunan təklifləri dəyərləndirsə idim, indi sənətdə bir nömrə idim. Amma mən belə şeyləri qəbul etmirəm. Sevməsəm, alınmır.

– İndi sevmirsiniz?

– Ailəmi sevirəm.

– Bir dəfə sevmisiniz?

– Heç sevməmişəm, desəm, daha doğru olar. Ümumiyyətlə, mən sevginin nə olduğunu bilmirəm.

– Maraqlı saç rənginiz var. Özünüz düşünmüsünüz, yoxsa?

– Stilistim belə məsləhət görüb. Həm də bu rəng bu ilin dəbidir.

– Sizi şou-biznesə aid etmək olarmı?

– Belə deyək, indi hər şeyi pul həll edir. Pulum olsa, “ulduz”olaram. İndi sənətə dəyər vermirlər.

– Sizin üslübunuz hansı üslübur?

– Daha çox xalq mahnılarına üstünlük verirəm.

– Bu gedişlə getsəniz, təxminən beş ildən sonra nə olacaq?

– Plan üzrə getsəm, yaxşı olacaq. Allah böyükdür.

– Bağrınıza daş basdığınız məqamlar olub?

– Olub, çox olub. Bəzən deyirlər ki, zamanə korlanıb, amma, məncə, insanlar korlanıb. Ədalətsizlik, haqsızlıq məni çox narahat edir. Buna görə də, bağrıma tez-tez daş basıram.

– Yatsanız, yuxunuza nə girməzdi?

– Mən yuxu görmək istəmirəm. Nə görürəmsə, çin çıxır. Ona görə də, ayıq yatmağa çalışıram ki, yuxu görməyim.

– Baş alıb hara gedirsiniz?

– Demək istərdim ki, təmiz insanların yanına, amma o da yoxdur.

– Sizə nə veriblər, ala bilmirlər?

– Vallah, bu sualın cavabını, özüm də tapa bilmirəm.

– Başınızı bir quyunun içərisinə salıb, nə qışqırmaq istəyərdiniz?

– Mən qadınam və qadın kimi yaşamaq kimi istəyirəm.

– Qaçdıqca nəyə çata bilmirsiniz?

– Şükür Allaha ki, nəyin arxasıyca qaçmışama, hamısına çatmışam.

– Şüşəsindən çölə həsrət dağılan pəncərələrdən çölə çoxmu baxmısınız?

– Baxa-baxa qalmışam.

– Mən inanırdım ki,… bu fikri özünüz tamamlayın.

– Mən inanırdım ki, hər şey yaxşı olacaq.

Millixeber.az

Gülbahar Şükürlü 18 kiloqram kökəldi - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR