Binəli Yıldırım: "ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir"

Binəli Yıldırım: "ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir"
12:57 18 Yanvar 2018
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ “Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər”.
“Report” “Sabah” qəzetinə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. 
ABŞ-ın Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarı haqqında Vaşinqton rəsmilərinin son açıqlamalarına münasibət bildirən baş nazir bu addımı yenidən tənqid edib: “ABŞ-ın atdığı addımlar müttfqiləyə yaraşmır. ABŞ qərarını dəyişdirməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri ard-arda fərqli bəyantlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır”.
Qeyd edək ki, ABŞ bir müddət əvvəl terrorçu PKK qruplaşmasının Suriyadakı qolları “YPG” və “PYD”dən formalaşan “Suriya Demokratik Qüvvələri”nin silahlıları əsasında 30 minlik “sərhəd təhlükəsizlik” “qoşunu” yaratmaq niyyətində olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/bineli-yildirim-abs-suriyada-terrorculardan-ibaret-ordu-yaratmaqla-bagli-qerarini-deyisdirmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR