"Bulla-dəniz" yatağında yeni quyuda qazma işlərinə başlanılıb

"Bulla-dəniz" yatağında yeni quyuda qazma işlərinə başlanılıb
16:02 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ “SOCAR-AQŞ” birgə müəssisəsi “Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündən layihə dərinliyi 6 200 metr olan 113 saylı quyuda qazma işlərinə başlayıb.
“Report” “SOCAR-AQŞ”-yə istinadən xəbər verir ki, quyunun məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır.
Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bulla-deniz-yataginda-yeni-quyuda-qazma-islerine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR