Yaxın saatlarda veriləcək SAVAŞ ƏMRİ, Moskvada təsdiq olunacaq PLAN... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
186 baxış·6 dəq oxu
Polşanın Krakov şəhərində Azərbaycanın və Ermənistan
xarici işlər nazirləri arasında görüş keçirilib. ABŞ Suriyanın
şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri
addım atdı. Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun
Afrində həyata keçirməyə planlaşdırdığı əməliyyata hazırlıq davam
edir. Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan
Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri
Hulisi Akar Rusiyaya səfər edib. Dəməşq Ankaranı türk təyyarələrini
vurmaqla təhdid edib. ABŞ Prezidenti Donald Tramp Rusiyanı Şimali
Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək etdiyini
bildirib.
Polşanın Krakov şəhərində bu gün Azərbaycan və
Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard
Nalbandyan arasında görüş keçirilib. Daha əvvəl Elmar
Məmmədyarov yanvarın ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer
(ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin
də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli
istiqamətində danışıqlar prosesi ətraflı müzakirə edilib.
Həmsədrlər dünən Krakovda Ermənistanın xarici işlər naziri
Edvard Nalbandyanla da görüş keçiriblər.
Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin
Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə
yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin
mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən
açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin
yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə
yanlışdır.
Qeyd edilir ki, Ermənistan ordusunda hökm sürən özbaşınalıq və
nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni
ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim
edilir:
“Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi
ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə
atmağa cəhd göstərir. Lakin obyektiv araşdırma aparılarsa, güllənin
hansı erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə
tam aydın olar".
ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan
“sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ
Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin
(BSF) qurulmayacağını açıqlayıb.
Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə
davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların
təhlükəsizliyini artırmaq olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da
mövzu ilə bağlı açıqlama verib.
ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoganın təhdidi qəbul EDİLDİ
Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun
Afrində həyata keçirməyə planlaşdırdığı əməliyyata hazırlıq davam
edir. Ankara əməliyyat öncəsi rus hərbçilərinin
bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.
Son məlumatlara görə, Türkiyə sərhədinə yaxın 3 bölgədəki 61 rus
hərbçisi Afrin şəhərinin cənubundakı Minnig hərbi bazasına çəkilib.
Ancaq kritik hesab olunan 6 bölgədə 102 rus hərbçisinin hələ də
qaldığı bildirilir.
Afrin-Azez-Cerablus xəttində əməliyyata hazırlıqlar sona
yaxınlaşır. Türkiyə Silahlı qüvvələrinə bağlı hərbi bilrliklər 191
kilometr sərhəd boyunca artilleriya batareyaları ilə 7 kritik
nöqtədə yerləşdirilib.
Ruslar geri çəkilir – Türk tankları 12 nöqtədən HÜCUMA KEÇİR
Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının əmri
ilə Türkiyə-Suriya sərhəd xəttində yerləşdirilən birliklər yüksək
hazırlıq vəziyyətinə gətirilib. Afrin əməliyyatı üçün
göndərilən bütün hərbi texnika sərhəd birliklərinə çatıb.
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı
Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının
rəhbəri Hulisi Akar Rusiyaya səfər edib. Yüksək
vəzifəli rəsmilər Moskvada Rusiya Silahlı qüvvələrinin Baş
qərargahının başçısı Valeri Gerasimovla görüşəcək.
Görüşdə regional təhlükəsizlik məsələləri, Suriyadakı son
proseslər, həmçinin Astana və Cenevrə formatları çərçivəsində
Suriya münaqişəsinin siyasi nizamlanması müzakirə olunacaq.
Daha əvvəl Türkiyə KİV-nin yazdığına görə, Ankara həyata
keçirməyi planlaşdırdığı Afrin əməliyyat öncəsi rus hərbçilərinin
bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.
Ruslar geri çəkilir – Türk tankları 12 nöqtədən HÜCUMA KEÇİR
“Türkiyənin Afrində həyata keçirəcəyi hər hansı
hərbi əməliyyat Suriyaya hücum kimi
qiymətləndiriləcək”. Bunu Suriyanın xarici işlər
nazirinin müavini Faysal Mikdad bildirib.
O qeyd edib ki, Türkiyənin döyüş təyyarələri Suriyaya müdaxilə
edəcəyi halda, ölkənin hava hücumundan müdafiə sistemləri onları
vurmağa hazır olacaq.
İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının
13-cü konfransının yekun bəyanatında Donald Trampın İsraildəki ABŞ
səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarı ləğv edilənə qədər
İsraillə diplomatik və iqtisadi münasibətləri olan ölkələrin həmin
əlaqələri kəsməsi barədə çağırış edilib.
“Biz Qüdsün sionist rejimin paytaxtı olaraq tanınması barədə
ABŞ-ın birtərəfli qərarını qəti şəkildə qınayırıq. Qərarın
beynəlxalq sülhə, təhlükəsizliyə təhdid və fələstinlilərin
hüquqlarına qarşı tammiqyaslı təcavüz olduğunu düşünürük”, - yekun
bəyanatda deyilib.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp Qüdsü İsrailin paytaxtı
olaraq tanıyıb və səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini
açıqlayıb.
Kiçik gücə malik nüvə silahının yeni nümunələrinin
hazırlanması ABŞ-ın Rusiya və Çinlə müharibə riskini
artıracaq. Bu haqda ekspertlərə istinadən “Newsweek”
yazıb.
Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahının
iki yeni nümunəsi hazırlayır. Xüsusi halda, yeni nüvə doktrinasında
“Ohayo” sinfinin sualtı qayıqlarında yerləşdirilən “Traydent”
sualtı raketləri üçün kiçik gücdə olan nüvə döyüş başlıqlarının
yaradılması yer alıb.
Pentaqonun bu qərarı nüvə imkanlarının elastikliyinin
artırılmasına olan ehtiyacla izah olunur. ABŞ öz nüvə silahlarını
“çox böyük və güclü hesab edir. İdarənin fikrincə, Rusiya və bütün
dünya ABŞ-ın nüvə silahından istifadə ehtimalının yüksəldiyini
anlayacaq.
Ancaq hamı doktrina ilə razı deyil.
ABŞ Rusiya və Çinlə... – Dünya nüvə müharibəsinin BİR ADDIMLIĞINDA
Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan
keçməyə kömək edir. Bunu jurnalistlərə açıqlamasında
ABŞ Prezidenti Donald Tramp söyləyib.
“Rusiya bizə Şimali Koreya məsələsində yardım etmir. Bizə Çin
dəstək verir. Çinin bu köməyini isə Rusiya dəyərsiz edir. Moskvanın
sayəsində əldə etdiyimiz bütün nəticələr yox olur”, - Tramp
bildirib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə
döyüş başlıqlarının miqdarı barədə səsləndirilən rəqəmlər
bütövlükdə həqiqətə uyğundur. Bu haqda Rusiya hərbi
eksperti, “Vətənin Arsenalı” jurnalının baş redaktoru Viktor
Muraxovskiy “RİA-Novosti” agentliyinə bildirib.
Onun sözlərinə görə, yüklərin belə miqdarı Pxenyana ehtiyac
olduğu halda cavab zərbəsini vurmağa imkan verir.
Daha əvvəl “Bulletin of Atomic Scientists” jurnalında Amerika
alimləri Hans Kristensen və Robert Norris bildiriblər ki, KXDR-in
malik olduğu nüvə döyüş başlıqlarının sayı 20-yə çata bilər. Bundan
başqa, Pxenyanda daha 60 yeni döyüş başlığının istehsalı üçün
materialın olduğu təxmin edilir.
ABŞ təsdiq etdi - Şimali Koreyanın nüvə potensialı barədə ŞOK DETALLAR
Ukrayna Ali Radası “Donetsk və Luqansk
vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət
müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin
xüsusiyyətləri Haqqında” qanunu qəbul edib. Sənədi
Ali Radanın 280 üzvü dəstəkləyib.
Qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən
işğal edildiyi göstərilib.
Prezidentin parlamentdəki nümayəndəsi İrina Lusenkonun sözlərinə
görə, qanunda Krımla bağlı əsas müddəalar da yer alıb. Ukrayna
prezidenti Pyotr Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu
təsdiq edib. O, qanunu “Krım üçün siqnal” adlandırıb.
Kiyev Rusiyanın Donbasdan çıxarılması üçün qanun qəbul etdi