Rusiya: “Türkiyənin təsdiqini gözləyirik”

Rusiya: “Türkiyənin təsdiqini gözləyirik”
20:53 18 Yanvar 2018
144 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya Milli Dialoq Konqresində iştirak edəcək nümayəndələrin siyahısı hazırdır və hazırda Türkiyənin təsdiqi gözlənilir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

“Növbəti iki gün ərzində türk və iranlı partnyorlarımızla son siyahını hazırlayacağımıza ümid edirik”, - o deyib.

Qeyd edək ki, Suriya Milli Dialoq Konqresinin 29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR