"Qarabağ"ın hücumçusu rəsmən ÇİN KLUBUNDA

"Qarabağ"ın hücumçusu rəsmən ÇİN KLUBUNDA
18:03 19 Yanvar 2018
64 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” üçün tər tökən Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna transferi rəsmiləşib.

Publika.az xəbər verir ki, CAR-lı futbolçu artıq 2 illik müqaviləyə imza atıb və mərasimdən sonra yeni klubunun forması ilə foto çəkdirib.

Qeyd edək ki, D.Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anorthosis Famagusta” klubundan transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində 54 oyunda iştirak edib və 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

D.Ndlovunun Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə vurduğu qol təmsilçimizi ÇL-in qrup mərhələsinə aparmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR