Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb
19:07 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaşları 2017-ci ildə Türkiyədə 942 ev alıblar. Bu da illik müqayisədə 332 ev və ya 54,4% çoxdur.
“Report” bu barədə Türkiyə Statistika İdarəsinin illik hesabatına istinadən xəbər verir.
Ötən il ərzində azərbaycanlılar tərəfindən ən çox ev alışı oktyabr ayında (278 ev) həyata keçirilib. Digər aylarda isə bu göstərici 45-91 arasında dəyişib.
Bununla da, vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Hesabaata əsasən, I yerdə İraq (3 805 ev), II yerdə Səudiyyə Ərəbistanı (3 345 ev), III yerdə Küveyt (1 691 ev), IV yerdə Rusiya (1 331 ev), V yerdə Əfqanıstan (1 078 ev) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudyiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya, İrandan sonra IX yerdə olub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/turkiyede-ev-alan-azerbaycanlilarin-sayi-keskin-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR