Məmmədyarov superturnirdə vahid lider oldu

Məmmədyarov superturnirdə vahid lider oldu
02:33 20 Yanvar 2018
131 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

Rəqib 86-cı gedişdən sonra təzyiqlərə davam gətirməyərək təslim olub. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR