Ucarda ata və oğlunu bıçaqlayan şəxs istintaqa cəlb olunub

Ucarda ata və oğlunu bıçaqlayan şəxs istintaqa cəlb olunub
12:07 20 Yanvar 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, yanvarın 19-da Ucar şəhəri ərazisində şəhər sakini Tehran Zahidovun və oğlu Samirin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmələri, T.Zahidovun orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla onlara bıçaqla xəsarətlərin münaqişə zəminində həmyerliləri Nurlan İsayev tərəfindən yetirilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş N.İsayev saxlanılaraq istintaqa cəlb olunub.
Faktla əlaqədar cinayət işi başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-ata-ve-oglunu-bicaqlayan-sexs-istintaqa-celb-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR