Əməliyyat etmədən xəstənin mədəsini kiçiltdilər - UNİKAL ƏMƏLİYYAT

Əməliyyat etmədən xəstənin mədəsini kiçiltdilər - UNİKAL ƏMƏLİYYAT
15:38 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Piylənmədən əziyyət çəkən xəstənin mədəsi əməliyyatsız kiçildilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hollandiyada baş verib.

Elisabeth-Tvesteden Xəstəxanasında həyata keçirilən bu proses ağır bağırsaq xəstəliyi olan bir xəstə üzərində tətbiq edilib. Həkimlər artıq çəkisi səbəbindən əməliyyat edə bilmədikləri bu xəstənin mədəsini bu üsulla kiçildərək bağırsaq əməliyyatına hazırlayır.

Xəstənin ağzından yumşaq xortum mədəsinə yerləşdirilib.

Həkimlər bu üsulla onun 20-30 kilo arıqlamasına nail olacaqlarını və sonra bağırsaq əməliyyatı edəcəklərini bildiriblər.

Əməliyyatısz mədə kiçiltmə prosesini həyata keçirən qastroenteroloq Robert Laheij nedoskopik tikiş üsulunun piylənmədən əziyyət çəkənlərin müalicəsində önəmli bir yenilik olduğunu deyib.

“Bu əməliyyatdan sonra xəstənin qarnında kəsik və ya tikiş izi qalmır. İçəridən müdaxilə nəticəsində daxili qarın bölgəsində də heç bir dəyişiklik edilməyib”.

Həkim bir müddət əvvəl Belçikada belə bir əməliyyatın icra edildiyini və nəticənin uğurlu olduğunu deyib. Hollandiya üçün isə bu proses bir ilkdir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/228386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR