Ermənilər Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutublar

Ermənistan ordusunun bölmələri Qazax rayonunu atəşə tutublar, mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bu gün Ermənistan ordusunun bölmələri Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutublar.

Nazirikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib: "Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub".

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Şəhid əsgərimiz dəfn olundu - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR