Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Harrinin nişanlısı, amerikalı aktrisa və model Meqan Marklın yeni fotoları yayılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 36 yaşlı M.Marklın bu fotoları arasında uşaqlıq illərində çəkilmiş şəkillər də var.

Şahzadə Harri ilə amerikalı aktrisa Meqan Marklın toyu mayın 26-da, şənbə günü olacaq.

Nikah mərasimi Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində keçiriləcək.

Şahzadə Harri ilə Meqan Markl noyabrın sonunda nişanlanıblar.

Toydan sonra M.Markl Sasseks hersoginyası titulu alacaq.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin