Ötən il boşanan türkiyəli aktrisa Tuba Büyüküstün aktyor Onur Saylakla diqqəti çəkib.


Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, boşanmış cütlüyün bir arada olmasının əsas səbəbi övladlarının doğum partisi olub. Onlar əkiz qızları Maya və Toprakın ad gününü qeyd edib. Qızlarının 6 yaşını keçirən Tuba ilə Onur ad günü partisində mehriban davranışları ilə medianın obyektivindən yan ötməyib.

Qeyd edək ki, Saylakla Büyüküstün 2011-ci ildə Parisdə ailə quraraq 2017-ci ildə boşanıblar. Hal-hazırda Tuba iş adamı Umut Evirgenlə eşq yaşayır.

Əkiz bacılar şou-biznesdən gedirlər: Ailə quracağıq - Oxumaq üçün tıkla