ABŞ-ın Haitidəki Səfirliyi Trampa qarşı etiraz aksiyasına görə bağlanıb

ABŞ-ın Haitidəki Səfirliyi Trampa qarşı etiraz aksiyasına görə bağlanıb
02:27 23 Yanvar 2018
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın Haitinin paytaxtı Port-o-Prensedəki səfirliyi Birləşmiş Ştatlar prezidenti Donald Trampın yürütdüyü siyasətə qarşı keçirilən kütləvi aksiyalara görə bağlanıb,
"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları səfirliyin binasını 1000-dən çox etirazçıdan qorumaq üçün barrikadalar qurmağa məcbur olub. Bəzi nümayişçilər polis əməkdaşlarına daş atıb. Asayiş keşikçiləri buna cavab olaraq aksiyaçılaraq qarşı gözyaşardıcı qaz tətbiq edib.
Səfirlik yerli vaxtla günortadan sonra bağlanıb və əməkdaşlarını təhlükəsiz yerə göndərib.
Haitidə etirazlar Donald Trampın bu və digər ölkələr haqqında təhqiredici fikirlərinə görə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-haitideki-sefirliyi-trampa-qarsi-etiraz-aksiyasina-gore-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR