Dəməşqin yaşayış məntəqəsi atəşə tutulub, ölənlər və yaralananlar var

Dəməşqin yaşayış məntəqəsi atəşə tutulub, ölənlər və yaralananlar var
02:52 23 Yanvar 2018
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Suriyada silahlı qruplaşmalar yenidən atəşkəs rejimini pozaraq, Dəməşqin xristianların yaşadığı Bab-Tuma yaşayış məntəqəsini minaatanlardan atəşə tutublar.
"Report" xəbər verir ki, bu barədə TASS "SANA" agentliyinə istinadən məlumat yayıb.
Dəməşqin Polis İdarəsinin nümayəndəsinə istinadən yayılan məlumata görə, mərmilərdən biri avtobus dayanacağında partlayıb. Nəticədə 9 nəfər həlak olub, daha 23 nəfər yaralanıb.
Həmçinin qonşu Kasaa və Şuqqur yaşayış məntəqələri də atəşə tutulub. Həmin ərazilərdə də xəsarət alanların olduğu, yaşayış məntəqələrinə maddi zərər dəydiyi bildirilir.
Polis nümayəndəsi bildirib ki, minaatandan atəş Dəməşq ətrafındakı Şərqi Qutadakı döyüşçülər tərəfindən açılıb. Suriya ordusu silahlıların mövqelərinə cavab atəşi açıb və onların hərbi qurğularını məhv edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/demesqin-yasayis-menteqesi-atese-tutulub-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR