​5 günlük körpəni xəstəliyə görə atdılar

5 günlük körpə valideynləri tərəfindən tərk edilib.

Metbuat.az bildirir ki, uşaq səhhətində problemlər olduğu üçün xəstəxanaya gətirilib və artıq 4 aydır ki oradadır. Acınacaqlı hadisə Sumqayıtda yaşanıb. Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də balaca qızın nənəsi və valideynlərindən heç bir xəbər yoxdur. Valideynlərin tapılması ilə bağlı audiyyatı qurumlara müraciət olunub.

Daha ətraflı “Xəzər Xəbər”in hazırladığı sujeti təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR