Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına toplantı üçün müraciət edən Fransa, Türkiyənin sərhəd təhlükəsizliyi ilə əlaqədar qayğılarının başa düşülən olduğunu deyib.
Metbuat.az-ın məlumatına görə, BMT-nin Təhlükəsizlik Şurası “Suriya” başlığı altında toplanıb. İclasda Suriyadakı ümumi və humanitar vəziyyətlə bağlı Əsəd rejiminin hücumu müzakirə olunub.
Qapalı keçirilən iclasdan sonra jurnalistlərə açıqlama verən Fransanın BMT-dəki daimi nümayəndəsi François Delattre, Suriyanın şimalında baş verən humanitar böhranın dərinləşdiyini bildirib.
Şərqi Quta və İdlibə humanitar yardımın təcili getməsi məsələsində çağırış edən Delattre, Suriya rejiminin İdlibə qarşı hücumlarının qınanmalı olduğunu ifadə edib. Cenevrə və Vyanada danışıqların və Astana prosesinin əhəmiyyətini qeyd edən fransalı nümayəndə, gələn həftə Vyanada aparılacaq danışıqların əhəmiyyətini qeyd edib.
Fransanın BMT-dəki daimi nümayəndəsi Delattre, Türkiyənin sərhəd təhlükəsizliyi ilə əlaqədar qayğılarını başa düşdüklərini ifadə edərək, İŞİD-ə qarşı mübarizədə müttəfiqlərin bir arada olmasının əhəmiyyətini vurğulayıb.
Günay Elşadqızı / METBUAT.AZ