ABŞ prezidenti Donald Trampın Haiti xalqı haqqında alçaldıcı ifadələr işlətməsi etiraz aksiyalarına səbəb olub.

Metbuat.az-ın məlumatına görə, yüzlərlə nümayişçi paytaxt Port-o-Prinsdəki ABŞ səfirliyi qarşısına toplaşıb.

Onlar Donald Trampın qınayan şüarlar səsləndiriblər.Nümayişlər zamanı polislə nümayişçilər arasında qısa qarşıdurma yaşanıb. Yaralanan və ya həbs olunanlar barədə məlumat verilməyib.