Moskvada hava limanında törədilən terrordan 7 il ötür

Bu gün Moskvanın Domodedovo hava limanında terrorçu-kamikadzenin terror törətməsindən 7 il ötür.

Metbuat.az-ın məlumatına görə, 2011-ci ilin bu gün, 24 yanvarda terrorçu-kamikadze Domodedovo hava limanının beynəlxalq uçuşlar üçün nəzərdə tutulan zalında özünü partladıb. Hadisə nəticəsində 35 nəfər həlak olub, 130 nəfər yaralanıb.

Hadisə nəticəsində Moskva şəhərinin meri Sergey Sobyanin terror aktının qurbanlarının xatirəsinə 2011-ci il yanvarın 26-sını Moskvada matəm günü elan edib.

“Domodedovo” aeroportunda baş vermiş terror aktı ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedev Davosa səfərini ləğv edib. Təcili çağırılmış müşavirədə D.Medvedev partlayış zamanı həlak olanların və zərər çəkənlərin doğmalarına və qohumlarına başsağlığı verib, ölkənin bütün aeroportlarında və nəqliyyat infrastrukturu obyektlərinə xüsusi rejim tətbiq edilməsi barədə sərəncam verib.

Moskva vilayətinin qubernatoru Boris Qromov da eyni məzmunlu qərar qəbul edib. Matəm günü əyləncə tədbirləri, şəhər və vilayət televiziya kanallarında əyləncəli proqramlar dayandırılıb, Moskva vilayətində və Moskva şəhərində bayraqlar endirilib.

“Ermənistan o hadisədə sakitliyini itirdi, qorxu qazandı, zəifliyini gördü” – Polkovniklə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR