Müğənni Sergey Lazarev oğlu Nikita ilə birlikdə ABŞ-a yollanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, oğlu ilə tətil edən ifaçı sosial şəbəkədə istirahət fotolarını paylaşıb.
Orlandoda "Disneyland" parkına yollanan Sergey gözəl gün keçirdiyini bildirib:
"Hər bir insanın olmaq istədiyi məkan. Yadımdadır uşaqlıqda cizgi filmlərinə baxardım və oradakı personajlarla tanış olmaq istərdim. Amma yalnız 15 yaşımda bu arzuma çatdım. Bugün isə xoşbəxtəm ki, oğlumu bura gətimək imkanım var. Nikita hələ çox balacadır, amma artıq sevimli cizgi filmlərinin obrazları ilə tanış ola bilir".
Qeyd edək ki, Sergey Lazarev ötən il 2014-cü ildə ata olduğunu açıqlayıb. Oğlunun üzünü gizlədən müğənni onu bu ilin əvvəlində mediaya göstərib.
Milli.Az