Los-Ancelesdə keçirilmiş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu görüşdə "Qarabağ"dan dəvət almış qapıçı İbrahim Şehiç start heyətində meydana çıxıb. O, görüşü əvəz olunmadan keçirib.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin növbəti oyunu yanvarın 31-də Meksikaya qarşı olacaq.