Bosniya və Hersoqovina yığması ABŞ-ın milli komandası ilə yoxlama görüşünə çıxıb.

Publika.az xəbər verir ki, bu matç Bosniya və Hersoqovinanın milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ilk oyunu olub.
Bu görüşdə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç start heyətində meydançaya çıxıb. Qolsuz başa çatan oyunda Ağdam təmsilçisinin qapıçısı sona qədər meydançada olub.