“Report” xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin sənədlərində qeyd olunub.
Məlumata görə, yüksək yapışqanlı neftin ixrac rüsumu 1 fevral tarixindən 17,9 dollardan 19,5 dollara qədər artıb.
Ağ neft məhsulları və yağlar üçün rüsum 36 dollara, qara neft məhsulları üçün isə 120,1 dollara qədər artıb. Əmtəə benzininin ixrac rüsumu 33,4 dollardan 36 dollara, naftanın bir tonunun ixrac rüsumu 66 dollara qədər artıb.
Koksun rüsumu bir tona görə 7,8 dollar təşkil edib.