Terrora məruz qalan jurnal 1 milyon tirajla çıxacaq - REPORTAJ - FOTOSESSİYA

Terrora məruz qalan jurnal 1 milyon tirajla çıxacaq -  REPORTAJ - FOTOSESSİYA
17:24 10 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Paris terror qurbanlarını anır

Parisin “Vensen qapısı” məhəlləsində anım mərasimi təşkil olunub.

 

APA-nın Parisə ezam edilmiş əməkdaşının verdiyi məlumata görə, hazırda “Yəhudi məhəlləsi” adlandırılan bu məhəllədə terrorçu Ahmet  Kulibalinin adamları girov götürdüyü və 4 girovu qətlə yetirdiyi mağazanın qarşısında anım mərasimi keçirilir.

 

Ərazi polis nəzarətindədir. Mağazanın içərisində polis təhqiqatı davam edir.

 

Parisdə hazırda çoxlu sayda beynəlxalq media qurumunun nümayəndəsi var. Onlar da hadisə yerinin qarşısında müşahidələr aparırlar. Ərazidə həmçinin terror qurbanlarının yaxınları ilə yanaşı Parisin və Fransanın digər yerlərindən gələnlər toplaşıb.

 

 

İlk terror hücumunun baş verdiyi “Charlie Hebdo” jurnalının redaksiyasının yerləşdiyi küçə də polis nəzarətindədir. Ərazidə hərəkət qismən məhdudlaşdırılıb.

 

 

Jurnalın əməkdaşları isə “Liberation” qəzetinin redaksiyasında fəaliyyətlərini davam etdirirlər. Onlar hələlik mediaya heç bir açıqlama vermirlər.

Bu gün “Charlie Hebdo” jurnalinin “Liberation” qəzetinin redaksiyasında faciədən sonra ilk iş toplantısını keçirib. Jurnalın heyəti növbəti sayın gələn həftənin üçüncü günü çapdan çıxacağını élan edib. Bu sayın 1 milyondan artıq tirajla çap ediləcəyi və satılacağı gözlənilir. Redaksiya heyəti ilk geniş açıqlamanı da həmin sayda dərc edəcək. 

 

Müxbirimiz bildirir ki, Parisdə ümumilikdə sakitlik hökm sürür. Polis gücləndirilmiş iş rejimində çalışır. Bütün strateji obyektlər, böyük prospekt və küçələr polis nəzarətinə götürülüb.

 

Fransa sabah günortadan sonra bütün şəhərlərdə, xüsusilə Parisdəki Respublika Meydanında keçiriləcək həmrəylik mitinqinə hazırlaşır.

 

Həmin nümayişdə Avropa Birliyi ölkələrinin və digər tərəfdaş dövlətlərin dövlət və hökumt başçılarının, həmçinin Fransada akkreditə olunmuş diplomatic korpus nümayndələrinin də iştirak edəcəyi bildirilir.

 

 

Mitinqdə Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Devid Kemeron, İtaliya baş naziri Matteo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi artıq təsdiqlənib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR