Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasda Komissiyaya daxil olan növbəti müraciətlərə baxılıb.
Qeyd edək ki, müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.